Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Analitik Təhlil və Statistika Şöbəsinin məsləhətçisi Abdullah Məmmədovun təqdimatında “Müasir insanın yeni yol yoldaşı – Süni İntellekt” mövzusunda vebinar keçirildi.
Vebinarda iştirakçılar süni intellektin cəmiyyətimizə inteqrasiyası, iş proseslərinin optimallaşdırılmasında rolu və gələcək texnoloji inkişaf perspektivləri müzakirə edildi.