Uncategorized GYF-də Rəşad Məcidin 60 İllik Yubileyinə Həsr Edilmiş Kitab Təqdimatı Keçirilib

GYF-də Rəşad Məcidin 60 İllik Yubileyinə Həsr Edilmiş Kitab Təqdimatı Keçirilib

12

Noyabrın 23-də Gəncliyə Yardım Fondunda Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri və Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin 60 illik yubileyinə həsr edilmiş “Qələmli və qələmsiz” Rəşad Məcid kitabının təqdimatı keçirilib.

DGTYB-nin sədr müavini, AYB-nin Gənclər Şurasının katibi Prezident təqaüdçüsü, yazıçı-publisist Şahanə Müşfiq, DGTYB-nin idarə heyətinin üzvü, AYB Gənclər Şurasının üzvü Prezident təqaüdçüsü, yazıçı Şəfa Vəlidinin həmmüəllifi olduğu kitabın təqdimat mərasimində millət vəkilləri, yazıçı və şairlər, elm adamları, mətbuat nümayəndələri iştirak edib.