Bu gün Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı “Zəfər Salnaməsi” adlı seminar keçirilib.
Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin iştirak etdiyi tədbirdə mühazirəçi qismində Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi tarixçi-yazar Vasif Qurbanzadə çıxış edib.
BİGA-nın koordinatoru Şahalı Cəlilov qonağı salamlayaraq, əvvəlcə gənclərlə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib, daha sonra isə bu görüşdən gənclərin çox şey öyrənəcəyini və onların gələcək həyatlarında istifadə edə biləcəkləri fikirlərin olacağını qeyd edib.
Vasif Qurbanzadə Azərbaycanın uzaq və yaxın tarixində Qarabağ, Qarabağın siyasi əhəmiyyəti, ermənilərin Qarabağ iddiasının səbəbləri və zəfərlə bitən “Vətən müharibəsi” zamanı baş verən siyasi-ictimai hadisələr barədə fikirlərini gənclərlə bölüşüb.
Tədbirin sonunda BİGA tərəfindən Vasif bəyə xatirə hədiyyəsi təqdim edilib və xatirə fotosu çəkilib.