Dekabrın 7-də Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına konfrans zalında “Efor Strategic Agency” şirkətinin təsisçisi və rəhbəri Şövkət Balayevin təqdimatında “Müasir iş imkanları və perspektivləri” adlı seminar keçirilib.
BİGA-nın koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti və qonaq haqqında geniş məlumat verib. Daha sonra gənc şirkət rəhbəri Şövkət Balayev iş həyatında yaşadığı təcrübələrini Aərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrlə bölüşüb. Şövkət bəy müasir dünyada insan əlaqələrinin vacibliyindən bəhs edərək iş müsahibələrində bunun nə qədər önəmli olduğunu göstərən nüansları vurğulayıb.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb, BİGA tərəfindən qonağa xatirə hədiyyəsi verilib və fotolar çəkilib.