Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş intellektual bilik müsabiqəsi keçirilib. Universitet tələbələrinin iştirak etdiyi müsabiqədə ondan çox komanda qalibiyyət uğurda mübarizə aparıb.
Müsabiqənin sonunda ilk üç yerin qalibi mükafatlandırılıb. Mükafatlandırılma mərasimində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Fondun əməkdaşları Dr. Rüfət Şirinov və Dr. Nizami Əfəndiyev iştirak edib.
Qeyd edək ki, müsabiqədə Çinar komandası I, Zəfər II və Zirvə III yerin qalibi olub.