Yanvarın 11-də iş səfəri çəçivəsində Bakıda olan Konyalı Sənaye və İş Adamları Dərnəyinin (KONSİAD) nümayəndələri Gəncliyə Yardım Fondunu ziyarət edib.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
KONSİAD nümayəndələri də Fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə, gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirib və gələcək işlərində uğurlar arzulayıblar.
Görüşün sonunda qonaqlara Gəncliyə Yardım Fondu tərəfindən xatirə hədiyəsi təqdim edilib.