Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Fondun kollektivi 20 yanvar faciəsinin 35-ci il dönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmətlə yad olunub, məzarları üzərinə qərənfillər düzülüb.




