Türkiyənin Fövqəladə və Səlahiyyərtli səfiri Doç. Dr. Cahit Bağcı fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında cənab səfir Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, idarə heyətinin üzvləri və Fondun əməkdaşları ilə görüşüb.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim cənab səfirə Fondun gördüyü xeyriyyə və təhsil fəaliyyətləri ilə əlaqəli geniş məlumat verib. Görüşdə Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətlərinin günü-gündən daha da inkişaf etdiyi və Gəncliyə Yardım Fondunun da iki qardaş dövlət arasındakı mənəvi bir körpü rolu oynadığı qeyd edilib. Ahmet Tecim bu istiqamətdə baş verən inkişafda Gəncliyə Yardım Fonduna dəstək olan cənab səfirə təşəkkür edib.
Qeyd edək ki, 2021-ci ildən bu günə qədər Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyərtli səfiri Doç. Dr. Cahit Bağcının bu günlərdə səlahiyyət müddəti bitir. Bu münasibətlə fond rəhbərliyi Cahit Bağcı bəyə Azərbaycandakı uğurlu xidmətlərinə görə təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşün sonunda cənab səfirə xatirə hədiyyəsi təqdim edilib.