Təhsil Fəaliyyətləri Azərbaycan Universitetinin Tələbələri GYF-də Təcrübə Proqramına Başlayıblar

Azərbaycan Universitetinin Tələbələri GYF-də Təcrübə Proqramına Başlayıblar

9

Azərbaycan Universiteti və Gəncliyə Yardım Fondu arasında bağlanmış təcrübə proqramı müqaviləsinə əsasən universitetin IV kusr tələbələri təcrübə proqramına başlayıblar. Azərbaycan Universiteti və Gəncliyə Yardım Fondu arasında bağlanmış müqaviləsinə əsasən universitetin IV kurs tələbələri təcrübə proqramına başlayıblar. Fevralın 18-də Azərbaycan Universitetinin tələbələri, müəllimləri və Gəncliyə Yardım Fondunun nümayəndəsinin iştirakı ilə təcrübə proqramının açılış mərasimi keçirilib.

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının  müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski göstərilən dəstəyə görə Gəncliyə Yardım Fondunun rəhbərliyinə təşəkkür edib. Verilən fürsətdən mümkün olduğu qədər istifadə edərək öz bilik və bacarıqlarınızı inkişaf etdirməli, araşdırmalar həyata keçirməli və bu təcrübə proqramından faydalanaraq gələcək həyatınızda tətbiq etməlisiniz, deyə Elvin Talışınski tələbələrə qeyd edib.

Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimləri tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov və Elçin Həsənli tələbələrə təcrübə proqramının gedişatı, üç ay müddətində keçiriləcək seminarlar və görüşlər barədə ətraflı məlumat veriblər.

Daha sonra Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Qoşqar Abbas Gəncliyə Yardım Fondunun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib. Qoşqar Abbas təcrübə proqramı müddətində tələbələrin bilik və təcrübələrinin artırılması istiqamətdə dəstək olmaqdan məmnun olduqlarını bildirib.