İnsani Yardım Gəncliyə Yardım Fondunda Şəhid Ailələri ilə Görüş Keçirilib

Gəncliyə Yardım Fondunda Şəhid Ailələri ilə Görüş Keçirilib

6
Fevralın 20-də Gəncliyə Yardım Fondununda şəhid ailələri ilə görüş keçirilib. Görüşdə şəhid ailələri və yaxınları, I Qarabağ mübahirəsinin və Vətən müharibəsinin iştirakçıları, qazilər iştirak edib.
 
Şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiklal Marşının səsləndirilməsi ilə tədbir açıq elan edilib. Sonra Qurani-Kərimdən ayələr tilavət olunub.
 
Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim çıxış edərək Azərbaycanın ərazi bötövlüyünü uğrunda gedən döyüşlərdə şəhid və qazi olan yurddaşlarımıza ömür boyu borclu olduğumuzu, şəhidlərin əziz xatirəsini daim yaşatmalı və gələcək nəsillərə bu fikri, vətən-yurd sevgisini, şəhidlik şərəfini aşılamalı olduğumuzu bildirib. Şəhid ailələri, yaxınları və qaziləri Gəncliyə Yardım Fondunun daim diqqət mərkəzindədir, deyə Ahmet Tecim vurğulayıb.
 
Daha sonra şəhid ailələri, qazilər və müharibə iştirakçıları da çıxış edərək öz təəssüratlarını bölüşüblər.
 
Qeyd edək ki, tədbirdə iştirak edən hər bir şəhid ailələsinə Gənliyə Yardım Fondu tərəfindən ərzaq paketi və hədiyyə təqdim olunub.