Təhsil Fəaliyyətləri Gəncliyə Yardım Fondunda Məzuniyyət Proqramı Keçirilib

Gəncliyə Yardım Fondunda Məzuniyyət Proqramı Keçirilib

8

Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında məzuniyyət proqramı keçirilib. Tədbirdə Fond rəhbərliyi, müəlllimlər, məzunlar və onların yaxınları iştirak edib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim əvvəlcə hər bir məzunu səmimi qəlbdən təbrik edib, onlara gələcək iş və ailə həyatlarında müvəffəqiyyərlər arzulayıb. Ahmet Tecim çıxışında zamanın bir göz qırpımında keçib getdiyini, məzun olan tələbələrin ilk günlərini xatırladığını ifadə edib. Onların akademiyada sosial-mədəni fəaliyyətlərdə aktiv işitak etdiklərini, milli-mənəvi dəyərlərə bağlı bir nəsil olaraq yetişdiklərini, dünyagörüşlərini inkişaf etdirdiklərini qeyd edib.

Gəncliyə Yardım Fondunun Bakı Təhsil koordinatoru Nizami Əfəndiyev tələbələrin həyatlarında ilk mərhələnin sona çatdığını, məzun olduqlarını, amma növbəti bir mərhələnin başladığını qeyd edib. Onlara müvəffəqiyyətlər arzulayan Nizami Əfəndiyev sonrakı həyatlarında da üzlərinə fondun qapısının daim açıq olduğunu bildirib.

Rüfət Şirinov, Fuad Quliyev, Elçin Manafov və İbrahim Vəkilov çıxış edərək tələbələr gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıblar. Daha sonra tələbələr Fondun onlara yaratdığı imkanlardan və xeyriyyə fəaliyyətlərindən danışıblar.

Tədbirin sonunda məzunlar və onların fəaliyyətləri haqqında videoçarx nümayiş etdirilib, Fond tərəfindən xatirə hədiyyələri və fəxri doplomlar təqdim edilib.

Qeyd edək ki, bu il 24 tələbə məzun adını qazanıb.