İnsani Yardım GYF Ehtiyac Sahibi Ailələrə Qurban Əti Payladı

GYF Ehtiyac Sahibi Ailələrə Qurban Əti Payladı

15

Gəncliyə Yardım Fondu müqəddəs Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərinə davam edir. Belə ki, Gəncliyə Yardım Fondu qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlamışdır və həmin dövrdən etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata keçirərək onları ehtiyac sahiblərinə paylayır. 2025-ci ildə Gəncliyə Yardım Fondu xüsusilə Türkiyənin Əziz Mahmud Hüdayi vəqfinin maddi köməyi ilə bu fəaliyyətlərini həyata keçirir.

Fəaliyyətə başladığı gündən milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edən Fond hər il olduğu kimi bu il də kəsilmiş qurban paylarını ehtiyac sahibi ailələrə çatdırıb.

Qeyd edək ki, qurbanlıq heyvanlar gigiyenik cəhətdən təmiz məkanlarda, baytar nəzarəti altında və dini qaydalara uyğun olaraq kəsilir.