Uncategorized GYF Rəhbərliyi “Gənc Ailə Forumu”nun Bağlanış Mərasimində İştirak Edib

GYF Rəhbərliyi “Gənc Ailə Forumu”nun Bağlanış Mərasimində İştirak Edib

19

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və mətbuat xidmətinin rəhbəri Eldar Kərimov iyunun 12-də keçirlən Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının və “Gənc Ailə Forumu”nun bağlanış mərasimində iştirak edib.

Gənc Ailə Forumu çərçivəsində əvvəlcə Türk Dövlətlərinin milli atributlarından ibarət sərgiyə baxış keçirilib.

Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının iştirakçılarına ünvanladığı müraciətə görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib, bütün türk dünyası ailələrinə, gənc ailələrə münasibətinə, xüsusən də qadınlara, onların cəmiyyət və ailə həyatındakı roluna verdiyi qiymətə görə dərin minnətdarlığını ifadə edib.

Çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, güclü sosial siyasətlər müqavimət əsaslı və davamlı Türk dünyasının çiçəklənməsi üçün vacibdir. İclasda məhsuldar fikir mübadiləsinin aparıldığını vurğulayan K.Ömüralıyev, hazırki dövr üçün əldə olunan inkişaf mərhələsinin daha da gücləndirilməli olduğunu və müştərək hədəflərə çatmaq üçün çiyin-çiyinə addımlamağın vacibliyini diqqətə çatdırıb.

Mərasim bədii hissə ilə davam edib.