Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri Bakı Yunus Əmrə İnstitutunun yeni təyin olunmuş müdiri Güven Çolak bəyi ziyarət ediblər.
Ahmet Tecim ziyarət əsnasında Fondun fəaliyyətləri, görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında ətraflı məlumat verib və Güven bəyə Azərbaycandakı fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Güven Çolak bəy da Ahmet Tecim və nümayəndə heyətinə ziyarətlərindən ötrü dərin təşəkkürünü bildirib.

