Bu gün Gəncliyə Yardım Fondunda Tərəqqi İnkişaf Mərkəzinin “Yay Düşərgəsi” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Fondun idarə heyətinin üzvləri, Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Elçin Manafov, Tərəqqi İnkişaf Mərkəzi müdavimlərinin valideynləri və müəllimləri iştirak ediblər. Fondunun əməkdaşları, yay məktəbində iştirak edən uşaqların valideynləri iştirak edib.
Torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə mərasim açıq elan edilib.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək “Yay düşərgəsi”nin intellektual və məntiqi oyunlarla, əyləncəli seminarlarla, milli-mənəvi dəyərləri aşılayan dərslər və tarixi abidələrə ekskursiyalarla uşaqların yayı tətilini daha səmərəli keçirdiklərini qeyd edib və düşərgə iştirakçılarına uğurlar arzulayıb.
Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Elçin Manafov hər il olduğu kimi bu il də düşərgənin onlarla uşağın həyatında müsbət rol oynadığını və bunun üçün Mərkəzin müəllimlərinə təşəkkürünü bildirib.
Dr. Rüfət Şirinov layihənin uşaqların yoldaşlıq, dostluq kimi insani hislərinin formalaşmasında və milli-mənəvi dəyərlərin mənimsənilməsində böyük rol oynadığını qeyd edib.
Daha sonra çıxış edən Tərəqqi İnkişaf Mərkəzinin rəhbəri Bəhram Sadiqov layihənin həyata keçirilməsində dəstək olan Gəncliyə Yardım Fondunun rəhbərliyinə, Mərkəzin müəllimlərinə, valideynlərə və uşaqlara təşəkkür edib.
Tədbirin sonunda “Yay məktəbi” layihəsində keçirilən müxtəlif müsabiqələrdə yer tutan şagirdlərə sertifikat və dəyərli hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.




















