Uncategorized Türkiyə Maarif Vəqfinin Azərbaycan Ölkə Təmsilçisi Dr. Serdar Gündoğan GYF-nin Qonağı Olub

Türkiyə Maarif Vəqfinin Azərbaycan Ölkə Təmsilçisi Dr. Serdar Gündoğan GYF-nin Qonağı Olub

8

Bu gün Türkiyə Maarif Vəqfinin Azərbaycan Ölkə Təmsilçisi Dr. Serdar Gündoğan Gəncliyə Yardım Fondunu ziyarət edib, Fondun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Görüşdə Gəncliyə Yardım Fondu və Türkiyə Maarif Vəqfinin Azərbaycandakı fəaliyyətləri, Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinə töhfələr müzakirə edilib.

Qeyd edək ki, artıq 3 ildir Azərbaycanda fəalliyyət göstərən Dr. Serdar Gündoğan bəyin bu günlərdə səlahiyyət müddəti bitir. Bu münasibətlə Fond rəhbərliyi Sərdar bəyə Azərbaycandakı uğurlu xidmətlərinə görə təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşün sonunda qonağa xatirə ‎hədiyyəsi təqdim edilib və fotolar çəkilib.‎