Sosial Fəaliyyətlər Pakistanın Lahor Universitetinin Professoru Arif Nevşahi Gəncliyə Yardım Fondunu Ziyarət Edib

Pakistanın Lahor Universitetinin Professoru Arif Nevşahi Gəncliyə Yardım Fondunu Ziyarət Edib

4

Bu gün Pakistanın Lahor Universitetinin professoru, şərqşünas alim, fars ədəbiyyatı doktoru Arif Nevşahi Gəncliyə Yardım Fondunu ziyarət edib. Professor Arif Nevşahi ziyarət çərçivəsində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri ilə görüşüb.

Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim Fondun həyata keçirdiyi ‎humanitar yardım, sosial və təhsil fəaliyyətləri haqqında geniş məlumat verib. Pakistanın Lahor Universitetinin Professoru Arif Nevşahi Fondun fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Sonda Ahmet Tecim tərəfindən qonağa xatirə hədiyyəsi təqdim edilib.