Sosial Fəaliyyətlər Türkiyənin Beynəlxalq Gənc Könüllülər Dərnəyinin Nümayəndə Heyəti GYF-ni Ziyarət Edib

Türkiyənin Beynəlxalq Gənc Könüllülər Dərnəyinin Nümayəndə Heyəti GYF-ni Ziyarət Edib

2

Türkiyənin Beynəlxalq Gənc Könüllülər Dərnəyinin nümayəndə heyəti Gəncliyə Yardım Fondu ziyarət edib. Beynəlxalq Gənc Könüllülər Dərnəyi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə həyata keçiriləcək layihə çərçivəsində Türkiyədən Azərbaycana səfər edən gənclər Fondun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri ilə görüşüblər.

Ahmet Tecim qonaqlara Fondun həyata keçirdiyi ‎humanitar yardım, sosial və təhsil fəaliyyətləri haqqında geniş məlumat verib. Gəncliyə Yardım Fondunun qurulduğu gündən etibarən gənclərin mədəni inkişafına dəstək olduğunu bildirən Ahmet Tecim, bundan sonrakı dövrlərdə də bu kimi layihələrin davamlı olacağını vurğulayıb.

Layihənin rəhbəri Muhammed Emin Mutlu Gəncliyə Yardım Fondunun fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Sonda qarışılıqlı xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Beynəlxalq Gənc Könüllülər Dərnəyi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə həyata keçiriləcək layihə ərzində gənclər Qafqaz İslam Ordusunun izi ilə addımlayacaq, mədəni-tarixi abidələri ziyarət edəcək, gənclər sahəsində fəaliyyət göstərən təşkilatlar və dəyərli şəxslərlə görüşlər keçirəcəklər.