Sosial Fəaliyyətlər Bakının İşğaldan Azad Olunması Münasibətilə Türk Şəhidliyi Abidəsi Ziyarət Olunub

Bakının İşğaldan Azad Olunması Münasibətilə Türk Şəhidliyi Abidəsi Ziyarət Olunub

4

Sentyarbın 15-də Bakının işğaldan azad edilməsinin 107-ci ildönümü münasibəti ilə Bakıda Türk Şəhidliyi Abidəsi ziyarət olunub. Ziyarətdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Türkiyənin Azərbaycandakı səfirliyinin müşavirləri, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk xanım Turganer, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri, Azərbaycanda fəaliyyət göstərən iş adamları iştirak edib.

Əvvəlcə şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib. Daha sonra Türk şəhidliyi və Şəhidlər xiyabanı ziyarət edilib, abidənin önünə əklil qoyulub, tər qərənfillər düzülüb.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu və Beynəlxalq Gənc Könüllülər Dərnəyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qafqaz İslam Ordusunun izi ilə” layihəsinin iştirakçıları da Bakıda Türk Şəhidliyi Abidəsi və Şəhidlər Xiyabanını ziyarət ediblər.