Sosial Fəaliyyətlər “Qafqaz İslam Ordusunun İzində” Layihəsinin İştirakçıları Türkiyə Səfirliyini Ziyarət Edib

“Qafqaz İslam Ordusunun İzində” Layihəsinin İştirakçıları Türkiyə Səfirliyini Ziyarət Edib

4

Bu gün Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) , Gəncliyə Yardım Fondu və Beynəlxalq Gənc Könüllülər Dərnəyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qafqaz İslam Ordusunun İzində” layihəsinin iştirakçıları Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət ediblər.

Gəncləri səfirliyin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir qəbul edib. Azərbaycan və Türkiyənin tarixi, mədəni, sosial və siyasi əlaqələri müzakirə olunub.

Qeyd edək ki, layihə ərzində gənclər Qafqaz İslam Ordusunun izi ilə addımlayacaq, mədəni-tarixi abidələri ziyarət edəcək, gənclər sahəsində fəaliyyət göstərən təşkilatlar və dəyərli şəxslərlə görüşlər keçirəcəklər.