15 sentyabr 2025-ci il tarixində Türkiyənin Beynəlxalq Gənc Könüllülər Dərnəyinin nümayəndə heyəti ilə Bakı Şəhər Gənclər və İdman İdarəsində görüş təşkil edilmişdir.
“Qafqaz İslam Ordusunun İzində” layihəsi çərçivəsində Türkiyədən Azərbaycana səfər edən gənclər Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu və idarənin əməkdaşları ilə görüşüblər.
Qonaqları salamlayan Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu gənclər və idman sahəsində İdarə tərəfindən həyata keçirilən tədbirlər haqqında qonaqlara ətraflı məlumat vermiş, gənclər sahəsi üzrə mübadilə proqramları, eləcə də birgə layihələr və fəaliyyətlər barəsində fikir mübadiləsi aparmışdır.
Layihənin rəhbəri Muhammed Emin Mutlu idarənin fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Sonda qarışılıqlı xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, layihə ərzində gənclər Qafqaz İslam Ordusunun izi ilə addımlayacaq, mədəni-tarixi abidələri ziyarət edəcək, gənclər sahəsində fəaliyyət göstərən təşkilatlar və dəyərli şəxslərlə görüşlər keçirəcəklər.





