Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, İctimai Televiziya və Radio Yayımları Şirkəti İctimai Yayım Şurasının üzvü, əməkdar jurnalist Azər Həsrət Gəncliyə Yardım Fondunun qonağı olub.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri ilə görüşən qonağa Fondun həyata keçirdiyi humanitar yardım, sosial və təhsil fəaliyyətləri barədə məlumat verilib.
Sonda Gəncliyə Yardım Fondu tərəfindən əməkdar jurnalistə xatirə hədiyyəsi təqdim olunub.

