Marmara Universiteti İlahiyyat Fakültəsi müəllimi kimi fəaliyyət göstərmiş, Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin qurucu idarəçilərindən biri olmuş, həmçinin Hüquq Fakültəsdə dərs demiş, hal-hazırda Türkiyə Yeni Yüzyıl Universiteti Hüquq Fakültəsinin dekanı olan professor Cəlal Ərbay Gəncliyə Yardım Fondunu ziyarət edib.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa son illərdə Fondun icra etdiyi və yaxın gələcəkdə icrası nəzərdə tutulan layihələrindən bəhs edib.
Türkiyənin sabiq millət vəkili professor Cəlal Ərbay Gəncliyə Yardım Fondunun Azərbaycanda gənc nəslin inkişafında mühüm rol oynadığını, milli düşüncənin formalaşması və gənc nəslə ötürülməsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşün sonunda professora xatirə hədiyyəsi təqdim edilib.
Sosial Fəaliyyətlər Professor Cəlal Ərbay Gəncliyə Yardım Fondunun Qonağı Olub