Sosial Fəaliyyətlər Türkiyə Pamukkale Universitetinin rektoru GYF-ni Ziyarət Edib

Türkiyə Pamukkale Universitetinin rektoru GYF-ni Ziyarət Edib

10

Sentyabrın 24-də Türkiyə Pamukkale Universitetinin rektoru professor Mahmud Güngör Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət çərçivəsində rektor və nümayəndə heyəti Fondun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri ilə görüşüb.

Görüşdə Ahmet Tecim Fondun həyata keçirdiyi ‎humanitar yardım, sosial və təhsil fəaliyyətləri, həmçinin iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edən layihələr haqqında geniş məlumat verib.

Azərbaycan və Türkiyə arasında təhsil fəaliyyətlərinin yüksələn inkişaf dinamikası müzakirə edilib.

Pamukkale Universitetinin rektoru professor Mahmud Güngör Fondun fəaliyyətlərini yüksək qiymətləndirib və müvəffəqiyyətlər arzulayıb.

Görüşün sonunda qonağa Gəncliyə Yardım Fondu tərəfindən xatirə hədiyyələri təqdim edilib.