Sosial Fəaliyyətlər “Ana Yurddan Ata Yurda Könül Körpüsü” Platformasının Üzvləri GYF-nin Qonağı Olub

“Ana Yurddan Ata Yurda Könül Körpüsü” Platformasının Üzvləri GYF-nin Qonağı Olub

7

Sentyabrın 25-də Türkiyənin Konya şəhərindən “Ana Yurddan Ata Yurda Zəfər Səfəri” şüarı ilə Azərbaycanda səfərdə olan “Ana Yurddan Ata Yurda Könül Körpüsü” platformasının üzvləri Gəncliyə Yardım Fondunun qonağı olublar.

Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında ətraflı məlumat verib. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. Daha sonra Fondun fəaliyyəti haqqında qısa video təqdim olunub.

Qonaqlar da öz növbələrində bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə, Türkiyə-Azərbaycan mübasibətlərinə öz töhfələrini verdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə Fond rəhbərliyinə dərin minnətdarlığını ‎bildirib.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.