Bu gün Gəncliyə Yardım Fondunun rəhbərliyi və təhsil şöbəsinin nümayəndələri ilə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr arasında 27 sentyabr Anım Gününə həsr edilmiş görüş keçirilib. Görüşdə yeni tədris ilində universitetə qəbul olan tələbələr, müəllimlər və təhsil koordinatorları iştirak edib.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək Vətən müharibəsidə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsində gənclərin böyük rol oynadığını bildirib. Ahmet Tecim tələbə adını qazanmış gənclərə milli-mənəvi dəyərlərə sahib çıxmağı, vətənpərvərlik duyğularını həmişə diri tutmlarını arzulayıb, daha sonra tələbələrlə öz təcrübələrini bölüşüb və tövsiyyələrini bildirib.
Daha sonra Gəncliyə Yardım Fondunun icraçı katibi Sedat Demir və təhsil şöbəsinin nümayəndələri Dr. Rüfət Şirinov və Dr. Nizami Əfəndiyev çıxış edərək gənclərlə öz tövsiyələrini bölüşüblər.
Tədbirin sonunda tələbələr Şəhidlər Xiyabanı və II Fəxri Xiyabanı ziyarət ediblər.









