İnsani Yardım Şəkidə “Şəhid Ailələri ilə Könül – Könülə” Adlı Anım Tədbiri Keçirilib

Şəkidə “Şəhid Ailələri ilə Könül – Könülə” Adlı Anım Tədbiri Keçirilib

7

4 sentybar 2025-ci il tarixində Şəki şəhərində “Şəhid Ailələri ilə Könül – Könülə” adlı anım tədbiri keçirilib. Tədbirdə Milli Məclisin deputatı Vüqar İskəndərov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Türkiyənin Dəniz Fənəri Dərnəyinin İstanbul şəhəri üzrə rəhbəri Rasim Karagül və idarə heyətinin üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin Şəki və Oğuz rayonları üzrə qazısı Hacı Kamran Məmmədov, bir sıra ictimaiyyət nümayəndələri, şəhid ailələri və yaxınları iştirak edib.

Respublikamızın müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib, Qurani-Kərimdən ayələr tilavət edilib.

Millət vəkili Vüqar İskəndərov müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qəhrəmanlığından bəhs edib. Millət vəkili qeyd edib ki, zəfərlə bitən 44 günlük Vətən Müharibəsinin Azərbaycan xalqının və Azərbaycan Ordusunun gücünün hansı səviyyədə olduğunu göstərdi. Dövlətimizin və ölkə başçısı cənab İlham Əliyevin şəhid ailələrinə, qazilərə daim diqqət və qayğı göstərdiyini vurğulayıb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxışında şəhidliyin ən ali zirvə olduğunu, könül coğrafiyamızda ən təsirli hekayələrin şəhidlərlə bağlı olduğunu bildirib. Bu gün dinc və rahat şəkildə yaşayırıqsa, torpaqlarımız azad edilibsə, bu ilk növbədə cənab prezident İlham Əliyev və qəhrəman Azərbaycan əsgərinin sayədindədir, deyə Ahmet Tecim sözlərinə əlavə edib. Ahmet Tecim bildirib ki, “Dəmir Yumruq” adlı 44 günlük Vətən Müharibəsi bizə Azərbaycan Ordusunun gücünü, türk insanın cəsarətini və şücaətini göstərdi. Gəncliyə Yardım Fondunun prezidenti Allahdan şəhidlərə rəhmət, qazilərə can sağlığını və şəhid ailələrinə səbr diləyib.

Dəniz Fənəri Dərnəyinin İstanbul şəhəri üzrə rəhbəri Rasim Karagül çıxış edərək şəhidlərin borcunun heç bir zaman ödənilməyəcəyini qeyd edib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının Türkiyədə də hər kəs tərəfindən mənimsənildiyini, deyən Rasim Karagül hər iki dövlət və millətin daim bir-birinin yanında olduğunu, hər zaman bir-birinə dəstək olduğunu qeyd edib.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin Şəki və Oğuz rayonları üzrə qazısı Hacı Kamran Məmmədov və şəhid İsgəndərli Səbuhinin anası Gülnarə xanım Mustafayeva çıxış edib.

Sonda Aprel döyüşləri və ikinci Qarabağ müharibəsi şəhid ailələrindən ibarət 65 şəhid ailəsinə müxtəlif sovqatlar təqdim olunub.