Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri Türkiyə Maarif Məktəblərini ziyarət edib və Türkiyə Maarif Vəqfinin yeni təyin edilmiş Azərbaycan üzrə ölkə təmsilçisi Dr. Tabip Gülbay bəylə görüşüb.
Ahmet Tecim Fondun həyata keçirdiyi humanitar yardım, sosial və təhsil fəaliyyətləri, mədəni layihələr haqqında ətraflı məlumat verib və Dr. Tabip Gülbay bəyə Azərbaycandakı fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Dr. Tabip Gülbay ziyarətlərindən ötrü Fond rəhbərliyinə təşəkkürünü bildirib və Türkiyə Türkiyə Maarif Vəqfinin layihələrindən bəhs edib.
Daha sonra iki qurum arasındakı qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və iş birliyinin inkişafı perspektivləri müzakirə olunub.

