Sosial Fəaliyyətlər BİGA-da “Türk Dövlətləri Təşkilatının İnkişaf Perspektivləri” Müzakirə Olunub

BİGA-da “Türk Dövlətləri Təşkilatının İnkişaf Perspektivləri” Müzakirə Olunub

3

Bu gün Bakı İstedadlı Gənclər Akademiyasında “Türk Dövlətləri Təşkilatının İnkişaf Perspektivləri” mövzulu seminar keçirilib. Seminarın lektoru qismində Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüeynov çıxış edib.

İlyas Hüeynov 6-7 oktyabr tarixində Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Zirvə Görüşündə cənab prezident İlham Əliyevin “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.”, sözlərini xatırladan natiq gələcəkdə görülə biləcək işlər barədə fikirlərini bölüşüb.

Daha sonra gənclərin sualları qonaq tərəfindən cavablandırılıb və Akademiya tərəfindən qonağa xatirə hədiyyəsi təqdim edilib.