Uncategorized Bakı İstedadlı Gənclər Akademiyasında “Mikroskopdan Həqiqətə” Adlı Seminar Keçirilib

Bakı İstedadlı Gənclər Akademiyasında “Mikroskopdan Həqiqətə” Adlı Seminar Keçirilib

3

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasında “Mikroskopdan Həqiqətə” adlı seminar keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutu Parazitologiya Labaratoriyasının müdiri, Bakı Dövlət Universitetinin müəllimi b.e.d. Asif Manafov məruzəçi qismində çıxış edib.

Biologiya elmləri üzrə fəlsəfə doktoru Asif Manafov çıxışında təbiətin bütün qanunlarının mikroskopdan göründüyünü qeyd edib. Parazitlərin sonradan yaradığı bildirən Asif bəy, canlı olan parazitin canlı mühitdə yaşadığını, canlı mühiti sonlandıranda parazitin yaşamağının çətin olduğunu bildirib. Natiq daha sonra seminar iştirakçılarının suallarını cavablandırıb.

Sonda Akademiya tərəfindən məruzəçiyə xatirə hədiyyəsi təqdim olunub.