Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri professor Birol Akgün, səfirlik nümayəndələri, bir sıra vəzifəli şəxslər və Gəncliyə Yardım Fondunun kollektivi iştirak edib. Əvvəlcə şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib. Daha sonra Türk şəhidliyi və Şəhidlər xiyabanı ziyarət edilib, abidənin önünə əklil qoyulub, tər qərənfillər düzülüb.













