Bu gün Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə general-leytenant Yaşar Aydəmirovla görüş keçirilib. Görüşdə general-leytenant Yaşar Aydəmirov “Zəfərə Aparan Yol” mövzulu seminarla çıxış edib.
Qeyd edək ki, daha sonra general-leytenant Yaşar Aydəmirov Gəncliyə Yardım Fondunun rəhbərliyi ilə görüşüb. Fondun prezidenti Ahmet Tecim tərəfindən qonağa xatirə hədiyyəsi təqdim edilib.















