Uncategorized GYF-də “Tarixi Zəfərimiz” Adlı Tədbir Keçirilib

GYF-də “Tarixi Zəfərimiz” Adlı Tədbir Keçirilib

12

Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Yasamal rayon Mərkəzləşmiş Kitabxanasının Q.Musabəyov adına 3 №-li kitabxana filialının təşkilatçılığı ilə “Tarixi Zəfərimiz” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Respublikasının Dövlət himi səsləndirilib. Vətən müharibəsi boyunca əsgər və zabitlərimizin qəhrəmanlığından bəs edən video təqdim edilib.

Yasamal Rayon MKS-nın Q.Musabəyov adına 3 №-li kitabxana filialının Arzu Xudayaraova çıxış edərək 44 günlük müharibə nəticəsində qazanılan zəfərin tarixi əhəmiyyətini qeyd edib.

Gəncliyə Yardım Fondunun mətbuat xidmətinin rəhbəri Eldar Kərimov bildirib ki, mədəniyyətimizdə şəhidlik ali məqam, xüsusi məna daşıyır və onlar heç bir zaman unudulmur, unudulmayacaq, unudulmamalıdır.

Daha sonra şəhid ailələri, vətən müharibəsi iştirakçıları və qazilər çıxış ediblər.

Tədbir bədii hissə ilə davam edib.