Sosial Fəaliyyətlər GYF Rəhbərliyi Türkiyənin Azərbaycandakı Səfiri Professor Birol Akgün ilə Görüşüb

GYF Rəhbərliyi Türkiyənin Azərbaycandakı Səfiri Professor Birol Akgün ilə Görüşüb

5

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və icraçı katibi Sedat Demir Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri professor Birol Akgün ilə görüşüb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim cənab səfirə Fondun Zəfər bayramı və fəaliyyətləri haqqında ətraflı məlumat verib. Ahmet Tecim qeyd edib ki, Gəncliyə Yardım Fondu qurulduğu ‎gündən bu günə qədər həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir.

Cənab səfir Birol Akgün də öz növbəsində Fond rəhbərliyinə öz təşəkkürünü bildirib və Gəncliyə Yardım Fondunun gördüyü işləri yüksək qiymətləndirib.