Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və kollektivi “Gənc MÜSİAD”ın təşkilatçılığı, Türkiyənin Prezident Administrasiyasına bağlı İnvestisiya və Maliyyə Ofisinin, Türkiyə Cümhuriyyəti Gənclik və İdman Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə həyata keçirilən Avrasiya Gənc İş Adamları Forumu – EYBF2025 formunda iştirak edib.
Tədbirdən əvvəl Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Ardınca “Gənc MÜSİAD”ın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu, “MÜSİAD Azərbaycan” İctimai Birliyinin sədri Rəşad Cabirli, Gənc MÜSİAD Azərbaycan sədri Akif Başoğlu “Gənc MÜSİAD”ın sədri Mağsun Usta çıxış edib və form panel müzakirələrlə davam edib.
Qeyd edək ki, tədbir 50 ölkədən 3000-dən çox gənc sahibkar iştirakı ilə baş tutub.

















