Uncategorized Gəncliyə Yardım Fondunda Zəfər Gününə Həsr Olunmuş Rəsm Sərgisi Keçirilib

Gəncliyə Yardım Fondunda Zəfər Gününə Həsr Olunmuş Rəsm Sərgisi Keçirilib

4

Gəncliyə Yardım Fondu, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Zəfər gününə həsr olunmuş rəsm sərgisi keçirilib.

Sərginin rəsmi mərasimində Azərbaycanın Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib. Torpaqlarımızın azadlığı və suverenliyi uğrundan əziz canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Beynəlxalq Qalereyanın rəhbəri Elnurə İsgəndərova Zəfərin sənətdə təzahürünün gələcək nəslə aşılanmasında əhəmiyyət kəsb etdiyini qeyd edib. Mədəniyyət və incəsənət sayəsində yüz il keçsə də Zəfərimiz daim yadda qalacaq. Bu məqsədlə rəsm sərgiləri böyük dəyər daşıyır, deyə Elnurə xanım qeyd edib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxışında şəhidliyin ən ali zirvə olduğunu, könül coğrafiyamızda ən təsirli hekayələrin şəhidlərlə bağlı olduğunu bildirib. Bu gün dinc və rahat şəkildə yaşayırıqsa, torpaqlarımız azad edilibsə, bu ilk növbədə cənab prezident İlham Əliyev və qəhrəman Azərbaycan əsgərinin sayədindədir, deyə Ahmet Tecim sözlərinə əlavə edib. Ahmet Tecim bildirib ki, “Dəmir Yumruq” adlı 44 günlük Vətən Müharibəsi bizə Azərbaycan Ordusunun gücünü, türk insanın cəsarətini və şücaətini göstərdi. Gəncliyə Yardım Fondunun prezidenti Allahdan şəhidlərə rəhmət, qazilərə can sağlığını və şəhid ailələrinə səbr diləyib.

Sonda rəsm əsərləri sərgidə nümayiş olunan gənc rəssamlara diplomlar təqdim edilib.