Noyabrın 5-də Təbəssüm Jurnalı, Tərəqqi İnkişaf Mərkəzi və “Uşaqkitabi” onlayn kitab platformasının birgə təşkilatçılığı ilə birgə Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə “Qəlbdən Hədəfə: Zəfərin Oxları” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra İpəkyolu Nəşriyyatının direktoru Ramiz Məmmədov, Tərəqqi İnkişaf Mərkəzinin rəhbəri Bəhram Sadıqov və usaqkitabi.az saytının koordinatoru Qoşqar Abbasov çıxış edərək zəfərimizin tarixi əhəmiyyətindən, əsgər və zabitlərimizin qəhrəmanlığından bəhs ediblər. Torpaqlarımızı işğaldan azad edən qəhrəmanlarımızın milli-mənəvi dəyərlərə sadiq, vətəni və millətini sevən mərd vətəndaşları olduğunu qeyd edən Ramiz Məmmədov şagirdlərə bu yöndə öz tövsiyyələri verib.
Daha sonra məktəbin direktoru Gülnarə Cəfərova çıxış edərək bu kimi tədbirlərin uşaqların inkişafında xüsusi rol oynadığını vurğulayıb və tədbirin təşkilatçılarına təşəkkür edib.
Tədbir ənənəvi oxçuluq təlimi ilə davam edib.
Qeyd edək ki, tədbirdə şagirdlərə Təbəssüm Jurnalı, Mübariz Olmaq və rəhbər elm adamları uşaq kitabı seriyasında çap edilən Səlcuq Bayrakdar kitabı hədiyyə edilib.

























