Zəfərimizin 5 illiyi münasibətilə “Birlikdə Zəfər” həftəsi çərçivəsində “Gənclər Təşkilatlarının Zəfər Konqresi” keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondu nümayəndə heyəti ilə təmsil olunub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra rəsmi çıxışlarla davam edib. Çıxışlarda NAYORA-nın sədri Rafael Hacıbəyli, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Musa Qasımlı, Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya Texnologiyaları və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlilova, NAYORA-nın sədr müavini Güldanə Dadaşova iştirak edib. Onlar çıxışlarında Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində göstərdiyi birlik və həmrəylikdən, gənclərin bu tarixi Zəfərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətindəki rolundan danışıblar. Daha sonra təşkilatlar bu istiqamətdə həyata keçirilimiş və gələcəkdə icrası planlaşdırılan fəaliyyətlərindən bəhs ediblər.
Qeyd edək ki, Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov Fondun layihələri haqqında dövlət rəsmi təşkilatlara ətraflı məlumat verib.


















