Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunda Axısxa Sürgününün 81 İlliyinə Həsr Olunmuş Tədbir Keçirilib

Gəncliyə Yardım Fondunda Axısxa Sürgününün 81 İlliyinə Həsr Olunmuş Tədbir Keçirilib

16

Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin təşkilatçılığı axısqa türklərinin ana yurdlarından sürgün edilməsinin 81 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri professor Birol Akgünün xanımı Zühre Akgün, Din Xidmətlər müşaviri İhsan Açık, Mədəniyyət və Tanıtım müşaviri Prof. Dr. Muhittin Macit, Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Gökhan Seyhan, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri f.f.d, dosent Əhməd Niyazov, axısxa tədqiqatçısı professor Asif Hacılı, Dəyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu, QHT rəhbərləri, media nümayəndələri, ictimaiyyət xadimləri və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan axısxa türkləri iştirak ediblər.

Tədbir Ulu öndər Heydər Əliyevin, torpaqlarımız uğrundan əziz canlarını fəda edən şəhidlərin və sürgün yollarında şəhid düşmüş axısxa türklərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilməsi ilə açıq elan edilib. Axıska sürgünün tarixi haqqında qısa video təqdim olunub.

Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov çıxış edərək tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Gəncliyə Yardım Fondunun rəhbərliyinə təşəkkür edib. Xalid Xəlilov bildirib ki, axısxa türkləri 81 il əvvəl ana yurdlarından sürgün edilərək doğma torpaqlarından ayrı yaşamaq məcburiyyətində qalıblar. Azərbaycan və Türkiyə dövlətlərinin öz qapılarını açması, hər cür şərait yaradılması böyük fədakarlıqdır.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim axısxa türklərinin sürgün edilməsinin türk dünyasına zərbə vurmaq mahiyyətini daşıdığını, türk mədəniyyətini zəiflətmək planının bir parçası olduğunu qeyd edib. Lakin Türk dövlətlərinin büngünkü qardaşlıq və həmrəylik tutmu, Türk Dövlət Təşkilatının aktiv fəaliyyəti türk dövlətlərinin və mədəniyyətinin nə qədər güclü olduğunun bariz göstəricisidir, deyə natiq əlavə edib.

Daha sonra Türkiyə səfirliyin Din Xidmətləri müşaviri İhsan Açık, f.f.d, dosent Əhməd, professor Asif Hacılı çıxışlarında axısxa sürgünün tarixindən, baş verən dəhşətli hadisələrdən, keçmişdə və bu günə təsirindən bəhs ediblər.