Noyabrın 15-də Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Həyatın Kodlarını Dəyişmək: İnanc, Elm və Əmək” adlı seminar keçirilib.
Seminarın qonağı qismində kiber təhlükəsizlik sahəsində lider şirkətlərdən biri Palo Alto Networks şirkətinin “Solution Consultant” vəzifəsində çalışan Həsən Şükürov çıxış edib.
Həsən Şükürov seminarda Akademiya üzvləri ilə təhsil və iş təcrübələrini bölüşüb, öz tövsiyyələrini verib. Daha sonra iştirakçıların suallarını cavablandırıb.
Sonda Akademiya tərəfindən qonağa xatirə hədiyyəsi təqdim olunub.


















