Sosial Fəaliyyətlər “Elm və İrfan Məclisi”də Türk Təşkilatları Birliyinin Dünyadakı Yeri Mövzulu Görüş Keçirlib

“Elm və İrfan Məclisi”də Türk Təşkilatları Birliyinin Dünyadakı Yeri Mövzulu Görüş Keçirlib

20

Noyabrın 19-da Gəncliyə Yardım Fondunda “Elm və İrfan Məclisi”nin növbəti görüşü keçirilib. “Türk Təşkilatları Birliyinin Dünyadakı Yeri” adlı görüşün eksperti qismində Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlu çıxış edib.

Dosent Telman Nüsrətoğlu yeni dünyada Türk dövlətlərinin siyasi, iqtisadi və mədəni rolunu haqqında çıxış edib. Natiq Türk Dövlətləri Təşkilatının ölkələr arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Cənab prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.” ifadəsinin Türk Dövlətləri Təşkilatına, ümumilikdə türk dövlətlərinin birliyinə göstərilən diqqətin meyarı olduğunu vurğulayan ekspert təşkilatın gələcək persektivindən bəhs edib.

Sonda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tərəfindən qonağa xatirə hədiyyəsi təqdim edilib.