Uncategorized GYF Rəhbərliyi Bakı Yunus Əmrə İnstitutunun Yeni Təyin Olunmuş Müdirini Ziyarət Edib

GYF Rəhbərliyi Bakı Yunus Əmrə İnstitutunun Yeni Təyin Olunmuş Müdirini Ziyarət Edib

83

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və nümayəndə heyəti Bakı Yunus Əmrə İnstitutunun yeni təyin olunmuş müdiri Gökhan Seyhan bəyi ziyarət ediblər.

Görüşdə Ahmet Tecim Fondun həyata keçirdiyi ‎humanitar yardım, sosial və təhsil fəaliyyətləri, həmçinin iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edən layihələr haqqında geniş məlumat verib və Gökhan bəyə Azərbaycandakı fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Gökhan bəy də Ahmet Tecim və nümayəndə heyətinə ziyarətlərindən ötrü dərin təşəkkürünü bildirib.