Sosial Fəaliyyətlər Şair Fərid Hüseyn və İntiqam Yaşar Gəncliyə Yardım Fondunun Qonağı Olub

Şair Fərid Hüseyn və İntiqam Yaşar Gəncliyə Yardım Fondunun Qonağı Olub

25

Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair, esseist Fərid Hüseyn və Dünya Gənc Türk Yazarlar Birliyinin sədri şair İntiqam Yaşar Gəncliyə Yardım Fondunun qonağı olublar. Qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və nümayəndələri ilə görüşüblər.

Görüşdə yaradıcılıq, müasir poeziya və ədəbiyyatın gənclərin dünyagörüşünə təsiri mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Klassik ədəbiyyatın müasir dövrdə təbliği, gənclərin milli irsə marağının artırılması istiqamətində fəaliyyətlər, türk dünyansında ədəbi-mədəni əlaqələr müzakirə edilib.

Görüşün sonunda qonaqlara Ahmet Tecim tərəfindən xatirə ‎hədiyyəsi təqdim edilib.