Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) sədri Abdulhadi Turus və başçılıq etdiyi nümayəndə heyəti Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri ilə görüşüblər.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun həyata keçirdiyi humanitar yardım, sosial və təhsil fəaliyyətləri haqqında geniş məlumat verib. Ahmet Tecim qurulduğu gündən etibarən Fondun fəaliyyətlərinin iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edib.
Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdulhadi Turus da öz növbəsində Fond rəhbərliyinə xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını bildirib, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda Abdulhadi bəyə Gəncliyə Yardım Fondunun xatirə hədiyyəsi təqdim edilib.











