Sosial Fəaliyyətlər YTB-nin sədri Abdulhadi Turus Gəncliyə Yardım Fondunu Ziyarət Edib

YTB-nin sədri Abdulhadi Turus Gəncliyə Yardım Fondunu Ziyarət Edib

48

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) sədri Abdulhadi Turus və başçılıq etdiyi nümayəndə heyəti Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri ilə görüşüblər.

Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun həyata keçirdiyi ‎humanitar yardım, sosial və təhsil fəaliyyətləri haqqında geniş məlumat verib. Ahmet Tecim qurulduğu gündən etibarən Fondun fəaliyyətlərinin iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət etdiyini qeyd edib. ‎

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdulhadi Turus da öz növbəsində  Fond rəhbərliyinə ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını ‎bildirib, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda Abdulhadi bəyə Gəncliyə Yardım Fondunun xatirə ‎hədiyyəsi təqdim edilib.