Sosial Fəaliyyətlər BİGA-da “Biznes İdeya Necə Tapım” Adlı Seminar Keçirilib

BİGA-da “Biznes İdeya Necə Tapım” Adlı Seminar Keçirilib

37

Noyabrın 29-da Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Biznes İdeya Necə Tapım” adlı seminar keçirilib. Seminarın spikeri qismində AKİAB-ın təsisçi və direktoru Vəfadar Babayev çıxış edib.

Vəfadar Babayev seminar iştirakçıları ilə öz təcrübələrini bölüşüb. Spiker biznes ideyasının tapılması, hədəfə çatmaq üçün ideyaya fokuslanmaq, tapılan fikri məqsədyönlü çalışaraq tamamlanması və biznesə çevrilməsi ilə bağlı çıxış edib.

Seminarın sonunda Bakı İstedadlı Gənclər Akademiyasıtərəfindən spikerə xatirə hədiyyəsi təqdim olunub.