Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və nümayəndələri Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) və Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformunun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan Türkiyə Məzunlarının Görüşü”də iştirak edib.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri professor Birol Akgün, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) sədri Abdulhadi Turus və Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformunun rəhbəri dosent Telman Nüsrətoğlu çıxış edib.
Natiqlər çıxışlarında məzunların Azərbaycan-Türkiyə nümasibətlərində mühüm yer tutduqlarını, mədəni və iqtisadi inkişafa töhfə verdiklərini bildiriblər. Türkiyə-Azərbaycan əlaqələrinin strateji əhəmiyyəti, biznes və elm müstəvilərində əməkdaşlığın genişlənməsi perspektivləri, iki ölkə gənclərinin inteqrasiyası kimi məsələrə toxunulub.












