Sosial Fəaliyyətlər BİGA-da “Sağlam Qidalanma” Adlı Seminar Keçirilib

BİGA-da “Sağlam Qidalanma” Adlı Seminar Keçirilib

29

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Sağlam Qidalanma” adlı seminar keçirilib. Müxtəlif universitetlərin tələbələrinin iştiak etdiyi seminarın ekspert qonağı kimi Dr. Fizuli Hüseynov olub.

Dr. Fizuli Hüseynov çıxışında gənclərin mütləq sağlamlıqlarına diqqət etməli olduqlarını bildirib. Onun sözlərinə görə gənclik dövründə düzgün qidalanmama yaşlandıqca ciddi fəsadlara səbəb olur. Qidalanmada qatqı maddəli məhsullardan istifadə edilməməli və təbii qidalara üstünlük verməli olduğumuzu vurğulayıb.

Daha sonra ekspert seminar iştirakçılarının suallarını cavablandırıb.

Seminarın sonunda Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən Dr. Fizuli Hüseynova xatirə hədiyyəsi təqdim olunub.