Sosial Fəaliyyətlər Bakı İstedadlı Gənclər Akademiyasının Təşkilatçılığı İlə “Satışdan Daha Artığı: Dəyər Yaradan Marketinq”...

Bakı İstedadlı Gənclər Akademiyasının Təşkilatçılığı İlə “Satışdan Daha Artığı: Dəyər Yaradan Marketinq” Adlı Seminar Keçirilib

3

Bu gün Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Satışdan daha artığı: Dəyər yaradan marketinq” adlı seminar keçirilib. Seminarda Seranit Qranit Seramik şirkətininin Almaniya və Azərbaycan şöbəsinin direktoru Ufuk Polat ekspert qismində çıxış edib.

Ufuk Polat gənclərlə uzunmüddətli karyera həyatında qarşılaşdığı çətinliklər, problemləri həll etmə medotları və uğurlu marketinq strategiyaları ilə bağlı təcrüblərini bölüşüb. Ufuk bəy gənclərə uğurlu insanlarla bir yerdə olub onların uğurlarının sirlərini öyrənməyi, uğursuz insanlardan isə uğursuzluqlarının səbəblərini müşahidə etməyi tövsiyə edib. Natiq bildirib ki, gerçəkləşməsi mümkün xəyallar qurmaq, həmin xəyalları hədəfə çevirmək və mütləq bir vizyona sahib olmaq lazımdır.

Daha sonra Akademiya üzvlərinin sualları cavanlandırıb.

Seminarın sonunda Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən qonağa xatirə hədiyyəsi təqdim olunub.