Türkiyənin Gaziantep İslam Bilim ve Teknoloji Universitetinin rektoru, professor Şehmus Demir və rəhbərlik etdiyi nümayəndə heyəti Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət çərçivəsində qonaqlar Gəncliyə Yardım Fondunun nümayəndələri ilə görüşüblər.
Görüşdə qonaqlara Fondun həyata keçirdiyi humanitar yardım, sosial və təhsil fəaliyyətləri, həmçinin iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edən layihələr haqqında geniş məlumat verilib.
Professor Şehmus Demir Gəncliyə Yardım Fondunun fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Sonda qonaqlara Salih Zeki Meriç tərəfindən xatirə hədiyyəsi təqdim edilib.










